"Neftçi"nin hücumçusu Baqali Dabo Kiprin "Apollon" klubu ilə anlaşmasından danışıb.
Sportal.az "kerkida"ya istinadla xəbər verir ki, 31 yaşlı futbolçu müqavilə imzalamaq üzrə olduğunu deyib:
"Apollon" ilə danışıqlar gedir. Ancaq müqavilə imzalamamışıq. Azərbaycan çempionatının taleyi qeyri-müəyyəndir və bunun necə olacağını bilməliyəm. Keçid başa çatana kimi gözləməliyik. Transferim tamamlanmaq üzrədir".
Fransalı hücumçu 2018-ci ildə "Qəbələ"dən "Neftçi"yə keçmişdi. Dabo bu mövsüm Premyer Liqada 15 oyunda 7 qol vurub.
saytlarin hazirlanmasi