Rusiyanın "Ufa" klubu azərbaycanlı futbolçu Azər Əliyevin mayın 31-i başa çatacaq müqaviləsini uzadıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu mövsüm başa çatana qədər "Ufa"da qalacaq.
Azər 2018-ci ildən Premyer Liqa klubunda çıxış edir.
AFFA-nın diqqət mərkəzində olan cinah futbolçusu Azərbaycan millisinə gəlməkdə qəti qərar verməyib. Rusiya pasportu daşıyan Əliyev çempionatda əcnəbi limitinə düşməmək üçün Azərbaycan yığmasında oynamaq istəmir.
saytlarin hazirlanmasi