Gürcüstan çempionatının bərpa vaxtı açıqlandı

13:13 - 31 May 2020

Gürcüstanda futbol mövsümü bərpa ediləcək.

 

Sportal.az xəbər verir ki, yüksək liqanın oyunları iyunun 25-dən başlayacaq. Bu gün klublar kollektiv hazırlığa start verəcəklər.

 

Çempionatın formatında müəyyən dəyişikliklər edilib. 10 komandalı yarış 4 deyil, 2 dövrə davam edəcək. Beləliklə, komandalar son 16 turun oyunlarına çıxacaq.

 

Mart ayında dayandırılan Gürcüstan yüksək liqasında 2 tur arxada qalıb. Azərbaycanlı futbolçu Nicat Qurbanov bu ölkənin "Samtredia" klubunda forma geyinir.

Xəbər xətti