Bosniya və Herseqovinada mövsüm ləğv edildi - çempion müəyyənləşdi

10:34 - 2 İyun 2020

Bosniya və Herseqovinada 2019/2020 futbol mövsümü vaxtından əvvəl ləğv edilib.

 

Sportal.az yerli federasiyanın saytına istinadla xəbər verir ki, turnir cədvəlinin lideri "Sarayevo" ölkə çempionu olub. Paytaxt təmsilçisi ölkəni Çempionlar Liqasında təmsil edəcək.

 

Ölkə kubokunun yarımfinal oyunları da ləğv olunub.

 

"Jelyejniçar", "Jrinski" və "Borats" klubları növbəti yerlərin sahibləri kimi avrokuboklara vəsiqə qazanıb.

 

"Çelik" və "Zviezda" klubları isə aşağı dəstəyə yuvarlanıb. "Qarabağ" və "Neftçi"nin keçmiş müdafiəçisi Elvin Yunuszadə qış fasiləsində "Çelik"ə transfer olmuşdu.

 

Yeni mövsümə isə avqustun ilk həftəsində start veriləcək.

Xəbər xətti