Premyer Liqa klubu baş məşqçisi ilə müqaviləni uzatdı

17:01 - 2 İyun 2020

İngiltərənin "Sauthempton" klubu baş məşqçisi Ralf Hazenhottlun müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssislə 4 illik saziş imzalanıb.

 

Avstriyalı mütəxəssis 2016-2018-ci illərdə "Leyptsiq"i çalışdırıb. O, 2018-ci ildə Premyer Liqa klubunun baş məşqçisi təyin edilib.

Xəbər xətti