"Qarabağ" və "Neftçi"nin keçmiş məşqçisi Ruben Selyes Danimarkanın "Orxus" klubundan ayrılıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, baş məşqçi David Nilsenin köməkçisi olan ispan mütəxəssisin müqaviləsi uzadılmayıb.
36 yaşlı mütəxəssis azarkeşlərə dəstək olduqları üçün təşəkkür edib: "Klubun bütün azarkeşlərinə dəstək üçün təşəkkür edirəm. Son 2 ildə mən və ailmə inanılmaz dəstək oldunuz. İndi mövsümün son bölümünə köklənmək lazımdır".
Selyes 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da məşqçi kimi çalışıb. O, 2018-ci il yanvarın 1-dən "Orxus"da çalışırdı.
saytlarin hazirlanmasi