“Sabah” iki yeni transfer həyata keçirib.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlanıb.
2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb. Hər iki futbolçu Azərbaycan U-21 millisinin üzvüdür.
Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçular “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.
İdris İnqilablı
Samir Məhərrəmli
saytlarin hazirlanmasi