Danimarkanın "Orxus" klubundan ayrılan "Qarabağ"ın keçmiş məşqçisi Ruben Selyes yenidən Ağdam klubunda işləyib-işləməyəcəyi barədə danışıb.
Sportal.az-a danışan 36 yaşlı mütəxəssis ölkəmizdə işləməyin hər zaman onun üçün xoş olduğunu deyib:
"Azərbaycana qayıtmaq mənim üçün hər zaman xoş olacaq. Ancaq Danimarkada mövsüm bitəndən sonra İspaniyaya qayıtmağı planlaşdırıram. Orada fərqli bir iş olacağını bilmirəm. Nələr baş verəcəyi barədə sizi məlumatlandıracağam".
Selyes 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da məşqçi kimi çalışıb. İspan mütəxəssis 2018-ci il yanvarın 1-dən "Orxus"da çalışırdı.
saytlarin hazirlanmasi