FIFA yay transfer dönəmi ilə bağlı qərar verməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, hər ölkədə mövsümün bitməsinə 4 həftə qalmış transfer pəncərəsi açılacaq. Ancaq müqavilələr 2020/21 mövsümündən qüvvəyə minəcək.
Məlumata görə transfer dönəmi oktyabrın 1-dək davam edəcək. Beləliklə, klublara heyətlərini gücləndirmək üçün ən azı 12 həftə vaxt veriləcək.
Mövsümün erkən başa vurulduğu Fransada iyunun 8-i transfer pəncərəsi açılacaqdı. Lakin FIFA Fransa Futbol Federasiyasına gözləməyi tövsiyə edib.
FIFA transfer pəncərəsi ilə bağlı qərarını tezliklə rəsmi şəkildə açıqlayacaq.
saytlarin hazirlanmasi