“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Şaviş" klubunun futbolçusu Kevin Medinanın mümkün transferi haqda danışıb.
Sportal.az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında kolumbiyalı müdafiəçinin keçidi üçün işlərin tamamlandığını deyib:
“Bir neçə ay əvvəl həm Medina, həm də klubu ilə danışılmışdı. Hələ o vaxtdan razılıq əldə olunmuşdu. Demək olar ki, bu iş tamamlanıb” .
Qurbanov qarşıdakı transferlərdə problemlər olacağını və vəziyyətə görə addım atacaqlarını da əlavə edib.
27 yaşlı futbolçu bu mövsüm II Liqa təmsilçisi "Şaviş"də 16 oyuna çıxıb.
saytlarin hazirlanmasi