Portuqaliya II Liqa təmsilçisi "Şaveş"in müdafiəçisi Kevin Medina karyerasını növbəti mövsümdən "Qarabağ"da davam etdirəcək.
Sportal.az "Sinal"a istinadla xəbər verir ki, klubun prezidenti Fransisku Joze Karvalyu kolumbiyalı oyunçunun Azərbaycan klubuna keçdiyini təsdiq edib:
"Transfer tamamlanıb. Yalnız tibbi müayinədən keçmək lazımdır. Ancaq beynəlxalq uçuşlar olmadığı üçün bu məsələ qalıb".
Klub rəhbəri Ağdam klubundan alacaqları təzminatı açıqlamayıb.
2017-ci ildən "Şaveş"də oynayan 27 yaşlı futbolçu bu mövsüm 11 matç keçirib.
saytlarin hazirlanmasi