UEFA-nın İcraiyyə Komitəsinin iyunun 17-18-də növbəti onlayn iclasları baş tutacaq.
Sportal.az xəbər verir ki, iyunun 17-də keçiriləcək videokonfransda Çempionlar Liqası, Avropa Liqası və Avropa çempionatının taleyi müzakirə ediləcək. İclasda önəmli qərarların veriləcəyi gözlənilir.
İyunun 18-də isə DÇ-2022-nin seçmə mərhələ oyunları, lisenziyalar və Maliyyə Feyr-Pley qaydaları barədə fikiri mübadiləsi aparılacaq.
UEFA-nın prezidenti Aleksandar Çeferin iyunun 17-də keçiriləcək daxili iclasdan sonra qurumun saytında canlı yayımlanacaq onlayn mətbuat konfransı keçirəcək.
saytlarin hazirlanmasi