"Kayserispor"un futbolçusu Pedri Enrike karyerasını Braziliyanın "Koritiba" klubunda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, A Seriya təmsilçisi 30 yaşlı vingeri icarə əsasında heyətinə cəlb etmək istəyir. Kuritiba təmsilçisinin braziliyalı futbolçu üçün təklif göndərəcəyi gözlənilir.
Pedronun Türkiyə klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Enrike bu mövsüm Super Liqa təmsilçisində 22 oyun keçirib və 8 qol vurub.
Pedro 2017/2018 mövsümündə PAOK-dan "Qarabağ"a icarə əsasında keçmişdi.
saytlarin hazirlanmasi