“Qalatasaray”ın qapıçısı Fernando Muslera Türkiyə Super Liqasının 27-ci turunda səfərdə “Rizəspor”la oyunda rəqib futbolçu Milan Şkoda ilə toqquşaraq iki yerdən ayağını sındırıb.
Sportal.az xəbər verir ki, 15-ci dəqiqədə zədələnən uruqvaylı qolkiper dərhal xəstəxanaya aparılıb. Ayağında iki qırıq aşkarlanan 33 yaşlı qapıçı ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.
“Qalatasaray” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi