Kapitan 38-i tamamladı

13:41 - 16 İyun 2020

Bu gün futbol tariximizin ən parlaq nümayəndələrindən olan Rəşad Sadıqovun doğum günüdür.

 

“Qarabağ”ın 1982-ci ilin 16 iyununda Bakıda anadan olub. 2000-ci ildən peşəkar karyeraya (“Turan”da) başlayan Rəşad 19 yaşındakaykən əsas milliydə debüt edir. Bir neçə il sonra isə kapitan sarğısı ona həvələ edilir.

 

Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaəlispor” və “Əskişəhərspor”da (hamısı Türkiyə) da oynayıb. Onun karyerasının zirvəsi isə bu gün kapitanı olduğu “Qarabağ”la bağlıdır. O, Ağdam klubunun 5 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qrupuna düşməsində müstəsnə xidməti olmuş futbolçudur.

 

Rəşad Sadıqovu doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı, həyatda və işlərində yeni uğurlar arzulayırıq.

Xəbər xətti