Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 4 futbolçu bombardir tituluna yiyələnib.
Sportal.az xəbər verir ki, bunlar Baqali Dabo və Stiven Monroz (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emrelidir (“Qarabağ”). Onlar hərəyə 7 qol vurub. Bu, ilk belə hadisədir ki, bombardir adına 4 şərik olur.
Baqali Dabo və Mahir Emreli ikinci dəfə belə uğura imza atmaqla Zaur Ramazanova çatıb. Bu göstəricidə rekord 3 dəfə bombardir olan Nazim Əliyevə məxsusdur.
İndiyədək ən çox futbolçusu bombardir olan klub “Neftçi”dir. Paytaxt təmsilçisinin bombardir olan oyunçularının sayı 7-yə çatıb. Cari mövsümədək bakılılarla şərik olan “Qarabağ”da bu rəqəm 6-dır. Babayi “Sumqayıt”ın tarixinə titul qazanan ilk oyunçu kimi düşüb.
AZƏRBAYCAN ÇEMPİONATININ BOMBARDİRLƏRİ
mövsüm Futbolçu klubu qol
1992 Nazim Əliyev Xəzər (Sumqayıt) 39
1993 Samir Ələkbərov Neftçi 16
1993/94 Musa Qurbanov Turan 35
1994/95 Nazim Əliyev Neftçi 26
1995/96 Rövşən Əhmədov Kəpəz 23
Fazil Pərvərov Kəpəz 23
1996/97 Qurban Qurbanov Neftçi 34
1997/98 Nazim Əliyev Dinamo 23
1998/99 Alay Bəhramov Viləş 24
1999/00 Badri Kvaratsxeliya Şəmkir 16
2000/01 Paşa Əliyev Dinamo-Bakılı 13
2003/04 Samir Musayev Qarabağ-Azərsun 20
2004/05 Zaur Ramazanov Karvan 21
2005/06 Yakuba Bamba Karvan 16
2006/07 Zaur Ramazanov Xəzər-Lənkəran 20
2007/08 Xaqani Məmmədov İnter 19
2008/09 Valter Quqlemon İnter 17
2009/10 Fərid Quliyev Standard 16
2010/11 Georgi Adamiya Qarabağ 18
2011/12 Bahodir Nasimov Neftçi 16
2012/13 Nikolas Kanales Neftçi 26
2013/14 Reynaldo Silva Qarabağ 22
2014/15 Nurlan Novruzov Bakı 15
2015/16 Dani Kintana Qarabağ 15
2016/17 Filip Ozobiç Qəbələ 11
Rauf Əliyev İnter 11
2017/18 Baqali Dabo Qəbələ 13
2018/19 Mahir Emreli Qarabağ 16
2019/20 Baqali Dabo Neftçi 7
Mahir Emreli Qarabağ 7
Stiven Monroz Neftçi 7
Peyman Babayi Sumqayıt 7.
saytlarin hazirlanmasi