Azərbaycan millisinin keçmiş hücumçusu Pərdis Fərcad-Azad Almaniyanın "Viktoriya Berlin" klubu ilə yeni müqavilə bağlayıb.
Sportal.az Berlin klubunun saytına istinadla xəbər verir ki, 32 yaşlı futbolçu 1 illik sözləşmə imzalayıb.
Pərdis ötən ildən oynadığı IV Liqa təmsilçisində 17 matçda 6 qol vurub. O, Azərbaycanda "Sumqayıt", "Keşlə" və "Zirə" klublarında forma geyinib.
saytlarin hazirlanmasi