"Qarabağ"da daha bir ayrılıq reallaşıb.
Sportal.az xəbər verir ki, Araz Abdullayevin başa çatan müqaviləsi uzadılmayıb.
"Qarabağ" 28 yaşlı yarımmüdafiəçini 2018-ci ildə Yunanıstanın "Panionios" klubundan icarəyə götürmüşdü. Abdullayevlə hazırda "Sabah"la "Keşlə" maraqlanır. Onun birincilərə üstünlük verəcəyi gözlənilir.
Araz ötən mövsüm keçirdiyi 17 oyunda qol və assistlə yadda qalmayıb.
saytlarin hazirlanmasi