Xorvatiya I Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Zaqreb “Dinamo”su 30-cu turda “Qorisa” ilə qolsuz bərabərə qalıb və ən yaxın izləyicisi “Lokomotiv” ilə xal fərqini 19-a yüksəldib. Paytaxt təmsilçisi sona 6 tur qalmış çempionluğu rəsmiləşdirib.
“Dinamo” son 15 il ərzində 14-cü, tarixində isə 21-ci dəfə Xorvatiya çempionu olub.
saytlarin hazirlanmasi