Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Mustafa Rəşid Akçayla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin prezidenti Fatih Mert bu barədə məlumat verib: "Baş məşqçimiz Mustafa Rəşid Akçayla daha öncə "Trabzonspor"la bağlı səsləndirdiyi fikirlərə görə yolları ayırdıq. Klubumuz və onun adına söz-söhbət yaranmaması üçün bu addımı atdıq".
61 yaşlı mütəxəssis bir müddət öncə "Trabzonspor"un Super Liqanın qalibi olmasını istədiyini demişdi. "Ankaragücü" çempionatın 29-cu turunda "Trabzonspor"un qonağı olacaq.
Akçay 2020-ci il yanvarından "Ankaragücü"nü çalışdırırdı.
saytlarin hazirlanmasi