"Beşiktaş" iyunun 30-da müqaviləsi başa çatacaq Gökhan Gönülü komandada saxlamağa qərar verib.
Sportal.az "A Spor"a istinadla xəbər verir ki, 35 yaşlı futbolçu İstanbul təmsilçisinin 1+1 illik müqavilə təklifini qəbul edib.
Türkiyə millisinin üzvü 2017-ci ildə "Fənərəbaxça"dan "ağ-qaralar"a keçib. Təcrübəli cinah müdafiəçisi bu mövsüm 26 oyunda 3 qol vurub, 3 assist edib.
saytlarin hazirlanmasi