Ərəb ölkələri üçün yeni turnir - 22 komanda qatılacaq

11:33 - 26 İyun 2020

FIFA ilə Qətər Futbol Federasiyasının təşkilatçılığı ilə gələn mövsüm Ərəb kuboku keçiriləcək.

 

Sportal.az xəbər verir ki, turnirə 22 ölkə qatılacaq. Qətər Futbol Federasiyası çempionatın 2021-ci il dekabrın 1-18-də Dohada keçiriləcəyini açıqlayıb.

 

Turnir DÇ-2022-yə ev sahibliyi edəcək Qətərin hazırlığı üçün təşkil ediləcək.

 

2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə dünya çempionatı keçiriləcək.

Xəbər xətti