"Qəbələ"də ayrılıq baş verib.
Sportal.az-ın məlumatına görə, Merab Qiqauri "qırmızı-qaralar"ın yeni müqavilə təklifini qəbul etməyib. 27 yaşlı yarımmüdafiəçi digər Premyer Liqa klublarından daha sərfəli təklif gözlədiyi üçün bu qərarı verib.
Gürcü futbolçu 2019-cu ilin yayında "Torpedo"dan "Qəbələ"yə keçmişdi. O, ötən mövsüm 22 oyunda 2 assist edib.
saytlarin hazirlanmasi