UEFA Avropa çempionatının seçmə mərhələsi ilə bağlı yeni qərar verdi

22:55 - 1 İyul 2020

UEFA 2021-ci ildə keçiriləcək 21 yaşadək futbolçuların Avropa çempionatı ilə bağlı yeni qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, seçmə mərhələdə qrup ikincilərinin pley-off görüşləri keçirilməyəcək. Verilən qərara əsasən, qrup ikinciləri arasında ən yaxşı 5 komanda 9 liderlə birlikdə turnirin final mərhələsinə vəsiqə qazanacaq.

 

Təşkilatçı ölkələr - Sloveniya və Macarıstan isə final mərhələsinə birbaşa vəsiqə qazanıb.

 

Macarıstan A və C, Sloveniya isə B və D qruplarında keçiriləcək oyunları qəbul edəcək. Turnirin final oyunu 2021-ci il iyunun 6-da Sloveniyada baş tutacaq.

 

Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsində İsveçrə, Fransa, Gürcüstan, Slovakiya və Lixtenşteynlə birgə eyni qrupda mübarizə aparır. Serbiyalı baş məşqçi Milan Obradoviçin çalışdırdığı komanda 6 oyundan sonra 6 xalla qrupda 5-cidir. Gürcüstan və Slovakiya da eyni xal toplayıblar və 3-4-cü yerləri bölüşürlər. İsveçrə 12 xalla 1-ci, Fransa 9 xalla 2-ci yerdə qərarlaşıb.

Xəbər xətti