"Qaziantep"in futbolçusu Patrik Tvumasi iyunun 30-da müqaviləsi bitdiyi üçün Türkiyə klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi 26 yaşlı hücumçunun bu addımından narazıdır. FIFA koronavirus pandemiyasına görə, futbolçuların klubları ilə başa çatan müqavilələrinin mövsüm bitənə kimi qüvvədə olacağına qərar verib.
Qanalı futbolçu isə Super Liqada mövsümün bitməsini gözləməyib və klubu tərk edib. "Qaziantep" Türkiyə Futbol Federasiyası və FIFA-ya şikayət edəcəyini bəyan edib.
Hücumçu bu mövsüm çempionatda 26 oyunda 6 qol vurub, 5 assist edib. "Qaziantep" Tvumasini 2019-cu ilin yayında İspaniyanın "Alaves" klubundan icarəyə götürmüşdü. La Liqa təmsilçisi qanalını 2018-ci ildə "Astana"dan 3 milyon avro qarşılığında transfer edib.
saytlarin hazirlanmasi