"Barselona" ilə müqaviləsi başa çatan Arda Turan karyerasını "Qalatasaray"da davam etdirəcək.
Sportal.az "A Spor"a istinadla xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi tezliklə müqavilə imzalayıb, "sarı-qırmızılar"da məşqlərə başlayacaq.
Məlumata görə, Arda bir neçə il sonra karyerasını İstanbul təmsilçisinə bitirib, məşqçiliyə başlamağı planlaşdırır.
Türkiyə millisinin üzvü peşəkar karyerasına "Qalatasaray"da başlayıb. O, 2011-ci ildə 13 milyon avro qarşılığında "Atletiko"ya transfer olmuşdu. Arda mövsümün ilk yarısını "Başakşəhər"də keçirib.
saytlarin hazirlanmasi