"Neftçi” futbolçu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb. Rəhman Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.
Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qol vurub.
saytlarin hazirlanmasi