Kamal Mirzəyev Küveytin "Əl-Salmiyə" klubundan ayrılmağa qərar verib.
Sportal.az-ın məlumatına görə, 25 yaşlı futbolçu klubla olan 1+1 illik müqaviləsini qüvvəyə salmayıb. Mirzəyev karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Növbəti günlərdə onun yeni klubunun adına aydınlıq gələcək.
Kamalın avqustda Bakıya dönəcəyi gözlənilir. Millinin üzvü ötən yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçmişdi.
saytlarin hazirlanmasi