"Qəbələ"də daha iki ayrılıq baş verib.
Sportal.az-ın məlumatına görə, mozambikli vinger Klesio Bauk və ispaniyalı yarımmüdafiəçi Fernan Lopes "qırmızı-qaralar"dan ayrılıblar.
25 yaşlı Baul "Qəbələ"də keçirdiyi 22 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib. 25 yaşlı Lopes isə 22 oyunda 3 qol və 5 assistlə yadda qalıb.
Daha öncə İvitsa Juniç və Merab Qiqauri bölgə klubunu tərk etmişdi.
saytlarin hazirlanmasi