"Qarabağ"ın Portuqaliyanın "Saviş" klubundan transfer etdiyi Kevin Medina Azərbaycana gəlib.
Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu "Instagram" hesabında Bakıdan foto paylaşıb. Ağdam təmsilçisi bu gün Medina ilə müqavilə bağlayacaq.
27 yaşlı futbolçu keçən ilin yayından "Saviş"də çıxış edirdi. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovenze", "Sintrenze", "Moura" və "Naval"ın da formasını geyinib. Mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi