"Səbail"in futbolçusu Eltun Yaqublu karyerasını bitirib.
Sportal.az xəbər verir ki, sağ cinah müdafiəçisi 27 yaşında butsılarını mıxdan asmağa qərar verib:
"Mənim üçün ağır olsa da, futbolçu karyerama son qoymağı qərara aldım. "Səbail" rəhbərliyinə, məşqçilər korpusuna və mənimlə birlikdə oynayan bütün futbolçu yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar".
Eltun "Neftçi"nin yetirməsisidir və "Qarabağ", AZAL, "Sumqayıt", "Səbail" klublarında çıxış edib.
saytlarin hazirlanmasi