"Qarabağ" Danimarkanın "Kopenhagen" klubunun yarımmüdafiəçisi Uroş Matiçi transfer etmək üzrədir.
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib: "Hər şey müsbətə doğru gedir. Transferin alınma ehtimalı daha çoxdur".
Baş məşqçi serbiyalı futbolçunun Bakıya gələ bilməsi üçün Operativ Qərargah və Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini vurğulayıb: "Qarşıdan avrokubok oyunları gəlir. Həmin qurumlar bu işin içindədirlər. İnanıram ki, köməklərini əsirgəməyəcəklər" (Report).
30 yaşlı serbiyalı futbolçu son mövsümü icarə əsasında Kiprin APOEL klubunda keçirib.
saytlarin hazirlanmasi