Ukraynanın "Dinamo" klubu baş məşqçisi Aleksey Mixayliçenko ilə yollarını ayırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə onun köməkçilərinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mixayliçenko mövsümün əvvəlindən Kiyev təmsilçisini çalışdırır. Komanda onun rəhbərliyi altında bu mövsüm ölkə kubokunu qazanıb və çempionatda 2-ci yeri tutub.
saytlarin hazirlanmasi