"Liverpul"un qapıçısı Loris Karius karyerasını Fransada davam etdirə bilər.
Sportal.az "BBC Sport"a istinadla xəbər verir ki, "Monpelye" almaniyalı qapıçı ilə maraqlanır. I Liqa təmsilçisi 27 yaşlı qapıçı üçün mersisaydlılara təklif göndərməyə hazırlaşır.
Qolkiperin "qırmızılar"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Liverpul" 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında transfer etdiyi qolkiperi son 2 mövsümdə "Beşiktaş"a icarəyə vermişdi.
saytlarin hazirlanmasi