İyulun 12-dən Ermənistanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatları başladığından xəbərdarsız. Bu təxribata "Qarabağ"ın keçmiş əcnəbi futbolçuları biganə qalmayıb və öz sosial şəbəkə hesablarında hər zaman Azərbaycanın yanında olduqlarını vurğulayıb.
Sportal.az xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl həmin futbolçulara təşəkkür edib:
"Qarabağ" olaraq əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır. Sevindirici haldır ki, klubumuzdan ayrılan əcnəbilər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduğunu göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar".
saytlarin hazirlanmasi