Almaniya klubunun hücumçusu Azərbaycan millisində oynamaqdan imtina etdi

13:42 - 22 İyul 2020

Almaniya II Bundesliqa təmsilçisi "Darmştadt" klubunun hücumçusu Sərdar Dursun Azərbaycan yığmasında oynamaqdan imtina edib.

 

Sportal.az DHA nəşrinə istinadla xəbər verir ki, 28 yaşlı hücumçu AFFA ilə danışıqlar apardığını və rədd cavabı verdiyini deyib:

 

"Azərbaycan millisində oynamaq üçün təklif almışdım. Federasiya ilə danışıq apardım. Məni milli komandada görmək istədiklərini bildirdilər, ancaq Türkiyə yığmasında oynamaq istədiyimi dedim".

 

Almaniyada doğulan türkiyəli futbolçu peşəkar karyerasına "Hannover"də başlayıb. O, 2018-ci ildən "Darmştadt"da çıxış edir. Sərdar ötən mövsüm II Bundesliqada keçirdiyi 34 oyunda 16 qol vurub, 6 assist edib.

Xəbər xətti