"Qurban Qurbanovu "Hatayspor"a gətirmək üçün nüfuzlu insanları araya salıb"

15:38 - 22 İyul 2020

"Milliyət" qəzetində çalışan türkiyəli futbol yazarı Nevzat Demir "CBC Sport"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Hatayspor"dan aldığı təklif barədə danışıb.

 

Sportal.az xəbər verir ki, idman jurnalisti Super Liqaya vəsiqə qazanmış klubun azərbaycanlı mütəxəssisi iş başına gətirmək üçün bütün imkanlarını səfərbər etdiyini deyib:

 

"Qurban Qurbanov çox duyğusal bir insandır. Azərbaycanda baş məşqçi olaraq çox böyük uğurlara imza atdı. Hazırda Azərbaycanın bir ölkə olaraq yaşadığı sıxıntıı var. Ermənistanla cəbhədə baş verən hadisələr, əlbəttə, Qurbanova da təsir edir.

 

Qurbanov belə bir vəziyyətdə özü barəsində "işini buraxıb getdi" sözünü dedirtrmək istəmir. Mən bu mənada Qurban bəyi təbrik edirəm. Həqiqətən də ölkəsinə, vətəninə bağlı bir insandır.

 

Peşəkar həyatda belə təkliflər olur. "Hatayspor"un güclə komanda qurmaq istədiyini, Super Liqada uğurlu olmağı hədəflədiklərini, Qurban Qurbanovla bir cığır gördüklərini düşünürəm.

 

Hazırda danışıqlar gedir. "Hatayspor" Qurban Qurbanovu gətirmək üçün bütün variantlara əl atır. Klubun tək gündəm maddəsi odur. Klubun öndə gələn isimləri ilə söhbətimdə Qurbanovun adı çəkildi.

 

Bildyiimə görə, onu razı salmaq üçün Azərbaycanın nüfuzlu insanlarından bir neçəsi dövriyyədədir. Amma Qurban hoca bu məsələyə bir qədər duyğusal yanaşır. Ölkənin bu sıxıntı ortamında "getdi" sözünü eşitməmək üçün "qaldı" yönündə xəbərlərin çıxmasını düşünürəm.

 

"Hatayspor" ona çox məqbul təklif irəli sürüb. Klub onu məqsədərinə çatdıracaq baş məşqçi olaraq görməkdədir. Olacaq, ya olmayacaq – istənilən halda qərar verəcək şəxs Qurban hocadır. Təklifə "hə" deyərsə, "Hatayspor"un baş məşqçisi olacaq. "Qalıram" deyərsə, klub başqasını axtaracaq.

 

Vaxtilə Azərbaycanda çalışmış Fatih Kavlak "Hatayspor"un idman direktoru təyin edilib. Bilirəm ki, rəhbərlik onun məsləhətlərinə çox önəm verir. Qurban hocanı onun məsləhət görməsi təbiidir. Çünki onu yaxından tanıyır.

 

Açığı, Qurban hocanın adını eşidincə, bir qədər həyacanlandım. Klub prezidenti və idarəçiləri Kavlakın aldığı bütün qərarlara böyük hörmət edir, onun nişan verdiyi adların arxasınca gedirlər.

 

Kavlakın vaxtilə Azərbaycanda yaşaması, ölkənin futboluna və Qurban hocaya uzaq olmaması bu təklifdə birinci dərəcəli rol oynayıb".

Xəbər xətti