Ukraynanın "Dinamo" klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, Kiyev təmsilçisini bundan sonra Mirça Luçesku çalışdıracaq. 74 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Rumıniyalı çalışdırıcı bu vəzifədə Aleksey Mixayliçenkonu əvəz edib.
Luçesku Ukraynada daha öncə "Şaxtyor"un baş məşqçisi olub. Təcrübəli mütəxəssis son olaraq Türkiyə millisini çalışdırıb.
saytlarin hazirlanmasi