"Beşiktaş" heyətinə yeni oyunçu qatıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"la müqaviləsi başa çatan Fabris Nsakala ilə anlaşıb. 30 yaşlı sol cinah müdafiəçisi "ağ-qaralar"la 2 illik razılığa gəlib.
Konqo Demokratik Respublikası millisinin üzvü illik 800 min avro maaş alacaq.
Nsakala 2017-ci ildən "Alanyaspor"da çıxış edirdi. O, daha öncə "Trua" və "Anderlext" klublarında oynayıb. Fabris bu mövsüm 35 oyunda 4 assist edib.
saytlarin hazirlanmasi