Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu klub müəyyənləşib.
Sportal.az xəbər verir ki, 1-ci liqanın pley-off mərhələsinin finalında “Adana Dəmirspor”la “Fateh Karagümrük” qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (6:5) “Fateh Qaragümrük” yüksək liqaya vəsiqə qazanıb.
Bundan əvvəl “Hatayspor” və “Ərzurumspor” Super Liqaya yüksəlmişdi.