Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Qəbələ şəhər stadionunda “Neftçi” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 50-ci dəqiqədə Bədavi Hüseynov vurub.
Çempionlar Liqasına hazırlaşan “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə uduzub - 1:2. Avropa Liqasında oynayacaq “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə yenib.
saytlarin hazirlanmasi