"Beşiktaş" transfer fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, "qara qartallar" "Alanyaspor"un futbolçusu Vellintonu transfer edib. "Ağ-qaralar" 31 yaşlı futbolçu ilə 2 illik razılığa gəlib.
İstanbul təmsilçisi bu transferin qarşılığında qarşı tərəfə 22 yaşlı müdafiəçisi Fatih Aksoyu verib.
Vellinton 2017-ci ildən "Alanyaspor"da çıxış edirdi. O, başa çatan mövsüm keçirdiyi 27 oyunda 3 qol vurub.
"Beşiktaş" "Alanyaspor"dan daha öncə konqolu müdafiəçi Fabris Nsakalanı transfer etmişdi.
saytlarin hazirlanmasi