"Çelsi"nin keçmiş hücumçusu Didye Droqba Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb.
Sportal.az xəbər verir ki, 41 yaşlı veteran hücumçu açıqlamasında bu barədə deyib: "Futbolumuz yaxşı yerə getmir. Fil Dişi futbolunun yenidən doğulmasına kömək üçün mən və komandam hazırıq".
Fil Dişi Sahilinin keçmiş kapitanı seçkidə indiki prezident Auqustin Sidi Diallonu devirmək istəyir.
Droqba 105 dəfə yığmada çıxış edib və 65 qol vurub.
saytlarin hazirlanmasi