Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi bəlli olub.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Mert Nobre çalışdıracaq. Klub braziliyalı mütəxəssislə 1+1 illik müqavilə imzaladığını açıqlayıb.
Nobre Türkiyədə "Fənərbaxça", "Mersin İdmanyurdu", "Beşiktaş", "Kayserispor", "Ərzurumspor" və "Gənclərbirliyi" klublarında çıxış edib. 39 yaşlı mütəxəssis "Akhisar" və "Hatayspor" klublarında məşqçi çalışıb.
saytlarin hazirlanmasi