"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 31 yaşlı cinah müdafiəçisi "Instagram" hesabında bu barədə məlum verib:
"Bu xəyalımı gerçəkləşdirdim və 55 dəfə komandanın formasını geyindiyim üçün qürur duyuram. Yaşadığım saysız-hesabsız anlar əbədi olaraq mənimlə qalacaq, səmimiyyətlə deyə bilərəm, karyeramın ən yaxşı matçlarını Haiti millisi üçün oynadım. Ölkəni təmsil etmək böyük imtiyazdır. Yığmanın hər matçında hər şeyi verdim. Geriya baxanda ömür boyu davam edəcək xatirələrim var, bunun üçün xoşbəxtəm. Azarkeşlərə də məni dəstəklədikləri üçün təşəkkür edirəm. Hər dəfə meydana çıxanda hamınızı qürurlandırmağa çalışdım".
saytlarin hazirlanmasi