Forlanın ilk işi uzun çəkmədi

20:02 - 1 Sentyabr 2020

2019-cu ilin dekabrında Uruqvayın "Penyarol" klubuna baş məşqçi təyin olunan Dieqo Forlanın müqaviləsinə xitam verilib

 

Sportal.az xəbər verir ki, 41 yaşlı veteran hücumçu yetirməsi olduğu klubdan uğursuz nəticələrə görə göndərilib. Forlan sosial hesabında kluba ona etibar etdiyi üçün təşəkkür edib: 

 

"Mənə baş məşqçi olmaq fürsətini verdiyi üçün kluba minnətdaram. Xüsusilə də mənə sevgi və səbirlə yanaşan futbolçulara, azarkeşlərə təşəkkür edirəm. Bu, futboldur və belə qərarlar normal qarşılanmalıdır".

 

Forlan karyerası ərzində "Mançester Yunayted", "Vilyarreal", "Atletiko", "İnter" kimi klublarda çıxış edib. O, Uruqvay millisində 112 oyuna 36 qol vurub.

Xəbər xətti