"Yuventus"un keçmiş futbolçusu "Maribor"un baş məşqçisi təyin olundu

23:29 - 3 Sentyabr 2020

İtaliya millisi və "Yuventus"un keçmiş futbolçusu Mauro Kamoranezinin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Sloveniyanın "Maribor" klubunun baş məşqçi təyin olunub. İtaliyalı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olmuş italiyalı mütəxəssis bu ilin yanvarında Sloveniyanın "Tabor" klubunun baş məşqçisi təyin olunmuşdu.

Xəbər xətti