Elvin Camalov ilk dəfə Premyer Liqa oyununda “Zirə”nin kapitanı olub.
Sportal.az xəbər verir ki, Yarımmüdafiəçi II turun “Səbail”lə səfər matçında bazubəndi daşıyıb. O, 2015/16 mövsümündən Premyer Liqada çıxış edən “qartallar”ın tarixində 11-ci kapitandır.
Rekordçu Anar Nəzirovun aktivində 37 belə matç var. Kamal Bayramov 22, Elvin Məmmədovla Rəşad Abdullayev hərəyə 20, Aleksandr Şemonayevlə Cavid Hüseynov hərəyə 15, Adrian Skarlatake 5, Vüqar Mustafayev 3, Adil Nağıyev və I turun “Qəbələ” ilə görüşünə kapitan kimi çıxan Ağabala Ramazanov 1 dəfə buna nail olub.
saytlarin hazirlanmasi