"Beşiktaş" növbəti transferinə hazırlaşır.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" "Antalyaspor"un sağ cinah müdafiəçisi Nazim Sanqareni rənglərinə bağlamaq üzrədir.
İstanbul təmsilçisi Türkiyə millisinin üzvü ilə 4 illik anlaşma əldə edib. Nazim 2017-ci ildə Almaniyanın "Osnabrük" klubundan "Antalyaspor"a keçib. 26 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 24 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi