"Qarabağ"ın potensial rəqibi evdə uduzdu - VİDEO

14:40 - 20 Sentyabr 2020

Polşa Ekstraklasasında 4-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan “Legiya” evdə “Qurnik”ə 1:3 hesabı ilə uduzub.

 

Varşava təmsilçisi 6 xalla turnir cədvəlində 6-cıdır. Qurnik isə 12 xalla liderliyə yüksəlib.

 

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

 

"Legiya" - "Qurnik" - 1:3

Qollar: Bartoş Slisz, 60 - Aleks Sobçik, 4, Bartoş Novak, 17, Xesus Ximenes, 47

 

Xəbər xətti